← İş blokları

İdman zalı və PT studiyası

Canlı

İdman & PT

Zalını bir yerdən idarə et — QR ilə giriş, çevik paketlər, PT seansları və üzvlüyün izlənməsi.

İdman & PT zalın gündəlik işini bir yerə toplayır: üzv və paket idarəetməsi, qapıda QR ilə giriş/çıxış, məşqçi və PT seanslarının izlənməsi. İdman & PT-ni hesabında komandamızla birlikdə açırıq.

QR
qapıda giriş/çıxış
4
paket növü
PT
məşqçi və seans izlənməsi

İdman & PT-ni hesabında birlikdə açırıq — bizə yaz.

Bu gün canlı olanlar

01

Üzvlər və profil

  • Üzv qeydi: əlaqə, doğum tarixi, qoşulma tarixi
  • Status: aktiv, dondurulmuş, bitib, namizəd
  • Sürətli axtarış və üzvlük tarixçəsi
02

Çevik paketlər

  • Müddətli: aylıq, 3, 6, 9 ay, illik
  • Giriş sayı paketi (məs. 50 giriş)
  • PT seans paketi və günlük birdəfəlik giriş
03

Üzvlük və dondurma

  • Üzvə paket təyin et, qalan seans/girişi izlə
  • Dondur / davam etdir — bitmə tarixini ədalətli şəkildə uzadır
  • Ödəniş statusu (ödənilib / gözləyir)
04

QR ilə giriş/çıxış

  • Qapıda bir QR oxut: giriş və ya çıxış
  • İçəridə qalma müddəti, “hazırda içəridə” siyahısı
  • Giriş sayı paketindən avtomatik çıxılır
05

PT və məşqçilər

  • Məşqçi qeydləri və ixtisas
  • Seansı planla, tamamla, ləğv et / gəlmədi
  • Tamamlananda seans paketindən çıxılır
06

İdarə paneli

  • Aktiv / dondurulmuş üzvlər, yaxınlaşan bitmə tarixləri
  • Ödənilməmiş üzvlüklər
  • Bugünkü girişlər və PT seansları

Altındakı ortaq nüvə

Hər blokda eynidir: istifadəçi, icazə, təhlükəsizlik və qeyd.

Şirkətinə ayrılmış məkan
Hər şirkətin məlumatı digərlərindən təcrid olunub; öz ünvanında işləyir.
Tətbiq üzrə rol və icazə
Hər istifadəçiyə hər tətbiq üçün ayrıca rol; rəhbər yalnız öz komandasını görür.
Audit jurnalı
Kim, nəyi, nə vaxt dəyişib — qeydə alınıb.
Məlumatın harada saxlanacaq — sən seç
Standart olaraq AWS Frankfurt (Aİ); istəsən AWS İstanbul (Türkiyə) və ya öz serverin (on-prem).

Növbədə

Planlaşdırılıb, hələ canlı deyil.
  • Üzv mobil tətbiqi (QR giriş, status, paket)
  • Qrup dərsləri: təqvim, tutum, rezervasiya
  • Ölçülər və məşq proqramı
  • Məşqçi yükü və performans hesabatları

07 · Əlaqə

Bizə yaz, xəbərdar ol

Sualın var, yoxsa yolda olan bir bloku gözləyirsən? E-poçtunu yaz, sənə cavab yazaq.

E-poçtundan yalnız sənə cavab yazmaq və hazır olan bloklar barədə xəbər vermək üçün istifadə edirik.